BAKI, 30 may. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, ölkəsi yaxın gələcəkdə BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) təşkilatına tamhüquqlu üzv olmaq niyyətində deyil.
Teleqraf xəbər verir ki, Tokayev bu barədə “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, Qazaxıstan hazırda BRİKS-də müşahidəçi statusuna malikdir və bu statusun ölkə üçün kifayət etdiyini düşünür.
Prezident vurğulayıb ki, Astana beynəlxalq təşkilatlarla əməkdaşlığa açıq olsa da, bu məsələdə ehtiyatlı və balanslaşdırılmış siyasət yürüdür.