
BAKI, 10 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp yüksək ticarət tarifləri tətbiq etdikdən və Çinlə faktiki ticarət müharibəsinə başladıqdan sonra bu ölkənin lideri Si Cinpini “dost” adlandırıb.
Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə Oval kabinetdə keçirdiyi brifinqdə bildirib.
Jurnalistin Çin lideri ilə danışmaq və ya görüşüb-görüşməmək istəməsi ilə bağlı sualını cavablandıran Tramp deyib:
“Əlbəttə, o mənim dostumdur, ondan xoşum gəlir. Mən onunla görüşəcəkdim”.
Xatırladaq ki, Tramp bundan əvvəl Pekinin ABŞ mallarına cavab olaraq 34 faizlik əlavə rüsumlar tətbiq etməsindən sonra Çin üçün tarif dərəcələrini 125 faizə qaldırdığını açıqlamışdı.