"Televiziyalarda yaranan Bədii Şuralar hər zaman formal xarakter daşıyıb. Əgər musiqi redaktorunun efirə buraxdığı musiqi pisdirsə, demək, həmin adamı efirdən uzaqlaşdırmaq lazımdır".

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Mübariz Tağıyev deyib.

Onun sözlərinə görə zövqsüz mahnıların çoxalmasında televiziyaların rolu böyükdür: "Televiziyalar və radiolar səsləndirdikləri musiqiləri seçməlidirlər. Onlar səviyyəsiz musiqiləri efirə buraxmalı deyillər. Bu gün estradamızın durumu heç qənaətbəxş deyil. Plagiat mahnılar baş alıb gedir. Müğənnilərimizin əksəriyyəti yəhudi, fin, yunan, isveçrənin flagiat mahnılarını oxuyurlar. Çoxları dolanışığını təmin etmək üçün mahnını satır, pis-yaxşı bir dəfə oxunulur və sonra yaddan çıxır. Həqiqətə gəldikdə, çox gözəl mahnıdır, əgər müəyyən müddətdən sonra onu peşəkar insan oxusa, inanın, musiqi məşhur olar. Caz üslubundan uzaq bir insana mahnını caz üslubunda aranjiman edirlər. Bunu eləmək olmaz. Rusiya estradasında da bu cür vəziyyət yaşanır. Onlar əvvəl ayrı bir istiqamətə üz tutub, müsabiqələr keçirdilər. Sonra camaatın zövqünü korlamasınlar deyə canlı konsertlər təşkil etməyə başladılar. Bütün hallarda hələ də bu problemləri həll etməyə çalışırlar".

Nərmin