Türk aktrisa Merve Dizdar yenidən ailə qurur.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Murat Aygenlə nikah masasına oturacaq.

Cütlük bir ilə yaxındır ki, birlikdədirlər.

Aktrisa Merve Dizdar 76-cı Kann Film Festivalında Nuri Bilge Ceylanın çəkdiyi "Quru Otlar Üstünə" filmindəki roluna görə ən yaxşı qadın aktrisa mükafatını alıb.