Azərbaycan SSR əməkdar incəsənət xadimi, Yazıçılar İttifaqın üzvü, yazıçı Çingiz Hüseynov vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun oğlu məlumat verib.

O bildirib ki, atası ilə sonuncu dəfə ötən gün axşam danışıblar.

Qeyd edək ki, Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub.

Yazıçının bir neçə aydan sonra 95 yaşı tamam olacaqdı.