İtaliyalı aktrisa Cina Lollobricida vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Aktrisanın 95 yaşında idi. Ölüm səbəbi dəqiqləşdirilməyib.

Lollobrigida 4 iyul 1927-ci ildə Subiakoda anadan olub. 20 yaşında epizodik rollarda oynamağa başlayıb, 1947-ci ildə "Miss İtaliya" müsabiqəsində üçüncü yeri tutub.

Sonrakı illərdə Cina filmlərdə baş rollar ifa etməyə başlayıb. Onu məşhurlaşdıran"Fanfan-Tülpan" filmidir.

Cina Lollobricida İtaliya Respublikasının "Xidmətlərə görə" ordenli zabiti, həmçinin Fəxri Legion ordeninin şövaleri və İncəsənət və Ədəbiyyat Ordeninin zabitidir.

2018-ci ildə sənətçinin adı Los-Ancelesdəki Hollivud şöhrət xiyabanında qeyd olunub.