Dünyanın ən gözəl 100 qadınının siyahısı açıqlanıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyəni bu siyahıda bir çox məşhur simalar təmsil edir.
"Kızılcık şerbeti" serialında rol alan və Doğa obrazına həyat verən Sıla Türkoğlu siyahıda fərqlənməyə bacarıb. Beləki, o ölkəsini siyahıda təmsil edən aktrisalar arasında birinci pilləyə çıxıb.
Amerikada yerləşən dünyaca məşhur internet saytının keçirdiyi sorğuda Sıla Hande Erçel və Özge Yağızı geridə qoyub.
"TC Candler" və "Independent Critics" tərəfindən hazırlanan sorğuda dünyanın hər yerindən istifadəçilər iştirak edib və nəticələr müəyyən edilib. Siyahıda birinci yeri amerikalı model Jasmin Tookes tutub.

İkinci yerdə koreyalı və amerikalı müğənni, aktrisa Nensi Cevel MakDoni, üçüncü yerdə tailandlı müğənni və rəqqasə Liza, dördüncü yerdə isə rusiyalı model və influser Daşa Taran qərarlaşıb. Məşhur model Həlimə Aden siyahıda 20-ci olub.