Gənc Tamaşaçılar Teatrının çökmüş tavanı təmir olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə teatrın aktrisası, Əməkdar artist Nəsibə Eldarova sosial şəbəkədə məlumat yayıb.

Aktrisa foto paylaşaraq bunu yazıb: “Təmir bitdi. Mübarək!”

Yay tətilindən qayıdan teatrın kollektivi ilk iclasını tamaşa salonunda keçirib.

Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının tamaşa salonunun tavanı 2019-cu ildə çökmüşdü.

Təmir işləri uzandığına görə pandemiyadan sonra da teatr tamaşalarını müxtəlif məkanlarda təqdim edib.