Fulya Öztürk II Qarabağ Müharibəsi ilə bağlı xüsusi layihə hazırlayır.

Teleqraf.com xəbər verir ki, Öztürk bu barədə sosial şəbəkədə bildirib.

O, layihənin bu il 8 noyabr - Zəfər günündə nümayiş olunacağını xüsusi vurğulayıb.

“Həyəcanım zirvədədir. 2021-ci ildə hazırladığım “Qarabağ” sənədli filmindən kiçik bir hissəni yayımlayıb sizə bildirirəm ki, “Hürriyet”lə çox xüsusi bir layihəyə başlayırıq.

Həmin o əsəri qələbənin ildönümü ərəfəsində - 8 Noyabrda nümayiş etdirəcəyik”.