Böyük Britaniya kraliçası II Yelizavetanın yubileyində iştirak edəcək ulduzların siyahısını açıqlanıb.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, mayın 15-də taxt-tacın 70 illiyi şərəfinə keçirilən mərasim canlı yayımlanacaq.
Tədbirdə Oskar mükafatı laureatı Helen Mirren, Tom Kruz, Demian Lyuis və başqaları II Yelizavetanın tacqoyma mərasimindən əvvəl çıxış edəcəklər.
Vindzor qəsrində keçirilən mərasim Fransadan Hindistana qədər dünyanın müxtəlif yerlərində efirdə nümayiş etdiriləcək.