Xalq artisti Arif Babayev ev şəraitində müalicəsinə davam edir.

Bu haqda Teleqraf.com-a xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

“Atam yavaş-yavaş sağalır. Evdə müalicə olur. Salamatçılıqdır, şükür Allaha nitqi, hərəkəti yaxşıdır”, - deyə bildirib.

Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib və Türkiyədə əməliyyat olub. Onun 83 yaşı var.