BAKI, 19 iyun. TELEQRAF
“ABŞ müharibədə dəymiş zərərə görə İrana pul verməyəcək”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz çıxılmaz vəziyyətdə olduğumuz üçün görüşmədik, bunu edən İran oldu. Onlar məğlub olublar, işləri bitib. 60 günlük danışıqlar müddətini sonadək davam etdirəcəyik. Onlara heç bir pul verilməyəcək, bir sent belə”, - dövlət başçısı bildirib.