BAKI, 15 yanvar. TELEQRAF

“ABŞ Prezidenti Donald Trampın İran vətəndaşlarına vəd etdiyi yardım yoldadır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qrem İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi ilə görüşündə deyib.

“Növbəti liderini İran xalqının özü seçəcək, mən də onların bu fürsətə sahib olacağı günü səbirsizliklə gözləyirəm. Bütün qəlbimlə inanıram ki, kömək yoldadır”, - senator bildirib.