
BAKI, 27 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq İnkişaf Agentliyinə (USAID) verilən xarici qrantların 90 faizdən çoxunu ləğv edib.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Ümumilikdə Tramp administrasiyası USAID-in 6200 çoxillik müqaviləsindən 5800-nü ləğv edəcəyini, bunla xərclərin 54 milyard dollar azalacağını bildirib. Həmçinin Dövlət Departamentinin 9100 qrant layihəsindən 4100-ü ləğv ediləcək ki, bu da 4,4 milyard dollar azalma deməkdir.
Bunlardan əlavə, ABŞ xarici ölkələrə 60 milyard dollarlıq yardımı kəsməyi planlaşdırır.