BAKI, 24 fevral. TELEQRAF
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2000-ə yaxın əməkdaşı işdən çıxarılıb, tam ştatlı işçilərin əksəriyyəti isə haqqı ödənilən məzuniyyətə göndərildi.
Teleqraf CNN-ə istinadla xəbər verir ki, işçilərə bu barədə elektron poçt vasitəsilə məlumat verilib.
USAID-in əməkdaşlarını təmsil edən həmkarlar ittifaqlarından biri olan Amerika Xarici Xidmət Assosiasiyası (AFSA) qərarı “tələsik və ehtiyatsız” adlandıraraq, bundan məyusluğunu bildirib.