BAKI, 7 fevral. TELEQRAF
Ağ Ev administrasiyasının xarici yardım proqramlarını dayandırması ABŞ tarixindəki ən pis və ən baha başa gələn xarici siyasət səhvlərindən biridir.
Teleqraf xəbər verir ki, bunu sabiq prezident Co Baydenin administrasiyası dövründə Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) keçmiş rəhbəri Samanta Pauer deyib.
USAID proqramlarının bütün dünyada ləğv edilməsinə münasibət bildirən Pauer administrasiyanın bu qərarının milyonlarla insanın həyatını riskə atdığını və minlərlə amerikalını işsizlik riski ilə üz-üzə qoyduğunu bildirib.
Onun sözlərinə görə, bu da son nəticədə ABŞ-nin milli təhlükəsizliyini və onun beynəlxalq arenadakı təsirini sarsıdacaq.
"Yardım proqramlarının aradan qaldırılması ilə yaranan zərər gələcək nəsillərdə hiss olunacaq", - Pauer vurğulayıb.
Xatırladaq ki, fevralın 3-də ABŞ administrasiyası USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb.