BAKI, 19 avqust. TELEQRAF

ABŞ prezidentinin xüsusi nümayəndəsi Tomas Barak İsrailin Suriyanın İdlib əyalətində yerləşən Əbu Dühur aviabazasına hava zərbələrinin Türkiyənin də cəlb oluna biləcəyi birbaşa hərbi toqquşmanın başlaması üçün real təhlükə yaratdığı barədə xəbərdarlığını növbəti dəfə təkrarlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, İsrailin “Jerusalem Post” qəzetinə danışıb.

O bildirib ki, İsrailin zərbələri bu ölkə ilə Türkiyə, eləcə də Suriya arasında birbaşa hərbi qarşıdurmaya sürətli eskalasiya üçün real təhlükə yaradıb.

“Türkiyə qüvvələri İsrail təyyarələrinin məhz həmin Suriya aviabazasına doğru getməsindən və əməliyyatın məqsədindən xəbərdar deyildi. Buna görə də, onlar hücuma məruz qaldıqlarını düşünərək öz qırıcılarını havaya qaldıra bilərdilər”, - Barak vurğulayıb.

ABŞ prezidentinin xüsusi nümayəndəsi xəbərdarlıq edərək əlavə edib: “Baş verənlər ciddi və narahatedici idi”.

Xatırladaq ki, Tomas Barak bundan əvvəl də analoji bəyanatla sıxış etmişdi.