BAKI, 24 mart. TELEQRAF
ABŞ-nin İranın enerji obyektlərinə hücumları beş gün müddətinə dayandırmaq qərarı hücumların tamamilə dayandırılması demək deyil.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) İsrail və ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Nəşr yazıb ki, İsrail və ABŞ-nin İrana digər istiqamətlərdə hücumları davam edir və Vaşinqton bu fonda bölgədə əlavə hərbi qüvvələr yerləşdirir.
Qəzetin mənbələri bildirib ki, ABŞ Prezidenti Donald Tramp hələ də İranın əsas neft ixrac mərkəzi olan Xarq adasını ələ keçirməyi düşünür. Ağ Ev həmçinin yüksək dərəcədə zənginləşdirilmiş uranın İrandan çıxarılması üçün quru əməliyyatın mümkünlüyünü müzakirə edir.