BAKI, 23 mart. TELEQRAF
“ABŞ-nin İranda quru əməliyyatı keçirməsi ehtimalı inandırıcı görünmür, amma belə bir ssenari baş verərsə, bu, vəziyyəti daha da gərginləşdirəcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
“Hələlik perspektivdə çox da inandırıcı görünmür, amma baş verərsə, bu, vəziyyətin daha da kəskinləşməsinə səbəb olacaq, gərginliyi artıracaq və bu münaqişəni daha da uzadacaq”, - Rusiya rəsmisi jurnalistlərə bildirib.