BAKI, 18 iyun. TELEQRAF
“İranın nüvə obyektlərində nüvə çirklənməsinə səbəb ola biləcək qəza riskindən narahatam”.
Teleqraf xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi deyib.
İranın nüvə silahı hazırlaması ehtimalına gəlincə, AEBA rəhbəri qeyd edib:
“Biz İranın nüvə silahı istehsal etmək üçün ardıcıl səylər göstərdiyi qənaətinə gəlməmişik. Amma narahatedici elementlər var idi”.