BAKI, 18 iyun. TELEQRAF

“İran mənimlə əlaqə saxlayıb”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Birləşmiş Ştatların İranı vurub-vurmayacağını deyə bilmərəm. Amma danışıqların bərpası üçün qapı açıqdır. Heç nə gec deyil”, - ABŞ Prezidenti bildirib.

Tramp qeyd edib ki, iranlılar ona zəng edərək Ağ Evə gəlməyi təklif ediblər: “Qeyd-şərtsiz təslim olmaq lazımdır”.