
BAKI, 18 iyun. TELEQRAF
“İranın hərbi təyinatlı zənginləşdirmiş uranı harada gizlətdiyi bəlli deyil”.
Teleqraf xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi deyib.
“İsfahandakı obyekt zənginləşdirilmiş materialların saxlanılması üçün nəzərdə tutulub. Amma İranın İsrailə hücumlarına görə materialların ora köçürülməsi barədə narahatlıqlar var”, - AEBA rəhbəri bildirib.