Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı və 2 p.m elektrik kabeli yanıb.
Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyləri nəticəsində mənzilləri yanğından mühafizə etmək mümkün olub.