BAKI, 2 may. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə növbəti sülh danışıqları üçün əsas platforma kimi Türkiyəni nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Bildirilib ki, 2025-ci il ərzində ABŞ lideri Donald Trampın dəstəyini qazanmağa çalışsa da, görünür, onu Ukrayna münaqişəsinin həllində fəal iştirak etməyə inandırmaq cəhdlərindən geri çəkilib. Ukrayna lideri bunun əvəzinə ABŞ-siz fəaliyyət strategiyası üzərində işləyir.