Bakının Suraxanı rayonunda bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Ceyhun Cəbiyevi yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hacı Zeynalov