BAKI, 16 iyul. TELEQRAF
Bu ilin altı ayı əzində ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 120 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 70 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
Teleqraf xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib.
Paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə hesabat dövründə cəmi 3148 cinayət işinin istintaqı tamamlanaraq, 2338 iş məhkəmələrə göndərilib.