BAKI, 16 iyul. TELEQRAF

2026-cı ilin birinci yarımilıi ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 6909 törədilmiş cinayət hadisəsi qeydiyyata alınmışdır ki, onların 93,2 %-nin açılması təmin olunub.

Teleqraf xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2026-cı ilin birinci yarımilində paytaxt ərazisində törədilən qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilib.