BAKI, 13 iyul. TELEQRAF

Bu ilin altı ayı ərzində narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 30 nəfəri xarici ölkə vətəndaşıdır.

Teleqraf xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında qeyd olunub.

Məsuliyyətə cəlb edilmiş 30 xarici ölkə vətəndaşından ümumilikdə 331 kq 615,242 qr və 974 ədəd həb müxtəlif növ narkotik vasitələr götürülüb.