BAKI, 9 iyul. TELEQRAF
Bakıda 43 yaşlı Zaur Qəhrəmanov ov tüfəngi ilə əvvəlcə həyat yoldaşı 44 yaşlı Qəhrəmanova Amalyaya üç atəş açıb.
Teleqraf-ın xəbərinə görə, daha sonra Z.Qəhrəmanov özünü güllələyib.
O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
17:10
Paytaxtın Nəsimi rayonunda qətl hadisəsi baş verib.
Teleqraf-ın xəbərinə görə, ər ailə münaqişəsi zəminində həyat yoldaşını ov tüfəngi ilə güllələyib.
Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.