BAKI, 14 aprel. TELEQRAF
Yasamal qəbiristanlığında qəbirləri qazaraq ölən şəxslərin kəllə sümüyünün ağız nahiyəsindən qızıl dişləri oğurlayan şəxsin məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hakim qarşısına təqsirləndirilən şəxs qismində həmin qəbiristanlıqda qəbirqazan kimi çalışan Elvin adlı şəxs çıxarılıb.
Məlum olub ki, o, 1963-cü ildə ölən Anatoli Dudrova məxsus məzarı qazaraq 1220 manat dəyərində 9 ədəd qızıl dişi mənimsəyib.
Bundan başqa o, eyni əməli 1975-ci ildə ölmüş Aleksandra Osipovayanın məzarını qazaraq törədib. Elvin taladığı qızılları daha sonra Moskva univermağında satıb, davamında isə polis tərəfindən həbs edilib.
Qeyd edək ki, məhkəmənin qərarına əsasən, Cinayət Məcəlləsinin 177.2.2 və 245-ci maddələri üzrə təqsirləndirilən 1986-cı il təvəllüdlü şəxs törətdiyi əmələ görə iki il elektron qolbaqla hərəkət etməli olacaq.