BAKI, 12 fevral. TELEQRAF

Jurnalist Qənimət Zayıdovun xarici ölkələrin xüsusi xidmət orqanları ilə danışığının səs yazısı yayılıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Təhlükəsiziyi Xidmətinin bu gün yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparıb, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət edib, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd edib, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşıblar.

Həmin səsyazısını təqdim edirik: