BAKI, 6 fevral. TELEQRAF
Hüquq-mühafizə orqanları Rusiyanın Sankt-Peterburq vilayətindəki leksandrovskaya xəstəxanasında insan orqanlarının qanunsuz satışını ifşa ediblər.
Teleqraf xəbər verir ki, patoloji şöbənin müdiri və kommersiya şirkətinin rəhbəri istintaqa cəlb olunub. Onların barəsində cinayət işi açılıb. Axtarışlar zamanı insan orqanları aşkar edilib.
İstintaq sənədlərinə görə, sahibkar həkimlə kimsəsiz və antisosial həyat tərzi sürmüş şəxslərin orqanlarının satışı barədə razılığa gəlib. Cəsədlərdən orqanlar və sümük toxumaları çıxarılıb, daha sonra kommersiya təşkilatlarına satılıb.
İstintaq davam edir, saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.