BAKI, 6 fevral. TELEQRAF

Abşeron rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Teleqraf xəbər verir ki, 1993-cü il təvəllüdlü Ramazanov Hüseyn Yasən oğlu kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.