BAKI, 12 dekabr. TELEQRAF
Bakıda baş verən qətlin təfərrüatı məlum olub.
Teleqraf xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi Sovxoz yaşayış ərazisində qeydə alınıb.
İftixar Vəlizadə 19 yaşlı oğlu Ayxan Vəlizadəyə evə gec gəldiyi üçün irad bildirib. Bundan hiddətlənən oğul atasına yaşadıqları evin həyətində 14 bıçaq zərbəsi vurub.
Evdə olan 1988-cu il təvəllüdü ana Səadət Nəcməddin qızı Vəlizadə oğulunun bu əməlinin qarşısını almaq istəyib. O, sağ əlindən bıçaq, boynundan isə əzilmiş xəsarətlər alıb.
Səadət Vəlizadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Ana övladının psixoloji cəhətdən gərgin olduğunu söyləyib.
Qeyd edək ki, Ayxan Vəlizadə ailənin tək oğludur, onun özündən kiçik iki bacısı var.
***
22:21
BAKI, 11 dekabr. TELEQRAF
Bakıda 44 yaşlı kişi qətlə yetirilib.
Teleqraf xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
1981-ci il təvəllüdlü İftixar Vəlizadəyə kəsici alətlə xəsarət yetirilib və o, aldığı yaralardan ölüb.
Şübhəli qismində mərhumun oğlu Ayxan Vəlizadə saxlanılıb.
Araşdırma aparılır.


.jpg)
.jpg)