TOVUZ, 11 dekabr. TELEQRAF

Tovuz rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib.

"VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan iki "Mercedes", "VAZ 2101" və "Chevrolet" markalı avtomobillərə çırpılıb.

Faktla bağlı araşdırma başlanılıb.