GORANBOY, 11 dekabr. TELEQRAF

Goranboy rayon Azad kəndində 1996-cı il təvəllüdlü Adil Məmmədovla yanaşı 1994-cü il təvəllüdlü Vüsal İsmayılov da bıçaqlanıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, ona tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, hadisəni qonşusu 2003-cü il təvəllüdlü İlkin Cəfərovun törətdiyi ehtimal olunur.

Yaralılar Abbas Səhhət adına Gəncə şəhər Xəstəxanasına yerləşdirilib.

***

00:23

Goranboy rayon Azad kənd sakini, 2003-cü il təvəllüdlü İlkin Cəfərov qonşusu, 1996-cı il təvəllüdlü Adil Məmmədovu bıçaqlayıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, yaralı Abbas Səhhət adına Gəncə şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

***

22:39

Goranboy sakini bədənin kəsici-deşici yarası ilə xəstəxanaya çatdırılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1996-cı il təvəllüdlü Adil Məmmədov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma başlanılıb.