BAKI, 26 sentyabr. TELEQRAF
Masallıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, Masallı şəhər sakini, 1984-cü il təvəllüdlü Xəyal Əzizovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil sentyabrın 18-də saat 19 radələrində Masallı-Qızılağac avtomobil yolunun Şıxlar kəndi ərazisində yolu keçən piyadanı vurub.
1992-ci il təvəllüdlü Famil Əhmədov aldığı xəsarətlərdən sentyabrın 25-də xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.