MİNGƏÇEVİR, 23 sentyabr. TELEQRAF

Mingəçevirdə satıcının yerində olmamasından istifadə edən şəxs qızıl oğurladı.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospekti 49 ünvanında yerləşən qızıl mağazasında baş verib.

Mağazadan qızıl oğurlayan şəxsin görüntüsü anbaan videoya düşüb.

Hadisə ilə bağlı Teleqraf-ın sorğusuna aydınlıq gətirən DİN Mətbuat Xidməti Şəki Regional Qrupu təmsilçisi polis kapitanı Mahir Məsimov bildirib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.