GƏNCƏ, 22 sentyabr. TELEQRAF

Gəncə şəhər sakini kəsici alətdən xəsarət alıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1990-cı il təvəllüdlü Səbuhi Quliyev bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Əməliyyat edilən 35 yaşlı şəxsin vəziyyəti orta-ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.