BİLƏSUVAR, 20 sentyabr. TELEQRAF

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, rayon mərkəzindən keçən dolama yolda motosikletlə minik avtomobili toqquşub.

Nəticədə, 1992-ci il təvəllüdlü Tağıyev Tamerlan Zakir oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.