BAKI, 14 sentyabr. TELEQRAF

Beyləqan rayonunda (Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 26-cı kilometrliyi) “Lexus” və "BMW" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

FHN-in Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, yanğın nəticəsində “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

07:23

Sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonu ərazisində “Lexus” və “BMW” markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

Teleqraf-a DİN-in Mətbuat xidmətindən bildirilib ki, “BMW” markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.