AĞDAM, 11 sentyabr. TELEQRAF
Ağdamda 16 yaşlı qıza təcavüzdə iştirak edən 4 nəfər həbs edilib.
Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, ötən gün rayonun Yuxarı Yüzbaşılı kəndindən olan məktəbli qızın zorlanmasında iştirak edən Ağdam rayon Aşağı Yüzbaşılı kəndindən olan 4 nəfərin barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma davam etdirilir.