CƏLİLABAD, 30 avqust. TELEQRAF

Cəlilabadda faciəvi hadisə qeydə alınıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, olay rayonun Adnalı kəndində baş verib.

Kənd sakinləri – 1982-ci il təvəllüdlü Şəfəq Əsgərova ilə qardaşı, 1979-cu il təvəllüdlü Nurəddin Əsgərov arasında mübahisə zamanı Şəfəq bıçağa əl atıb. Nəticədə 1979-cu il təvəllüdlü Nurlan Əsgərov iki bıçaq xəsarəti alaraq yaralı vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Məlumata görə, bacı ilə qardaş arasında mülk üstündə tez-tez mübahisələr baş verirmiş.

Faktla bağlı araşdırma aparılır.