SAMUX, 29 avqust. TELEQRAF

Samux rayonunda 46 yaşlı Taleh Qafarovun bıçaqlanmasının bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bıçaqlanan T.Qafarov Samux rayonunda yerləşən Regional Yarımstansiyaların Mühafizə rəisidir. O, Samuxun Lək kənd sakinidir.

İlkin ehtimala görə, mühafizə rəisi ərazidə qoyun otaran çobanla mübahisə edib və nəticədə bıçaqlanıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***

22:03

Samux sakini bıçaq yarası ilə xəstəxanaya gətirilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1979-cu il təvəllüdlü Taleh Qafarov Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

46 yaşlı şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma başlanılıb