BAKI, 6 avqust. TELEQRAF
Avqustun 5-də saat 22:45 radələrində Ucar rayonu Qəzyan kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi cinsli) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya edilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Qeyd edilib ki, xəsarət alan şəxslərin hər birinə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
***
08:31
UCAR, 6 avqust. TELEQRAF
Ucar yaronunda yol qəzası baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Qəziyan kəndi yaxınlığında qeydə alınıb.
Avtomobillərin toqquşması zamanı 4 nəfər yaralanıb.
Müxtəlif bədən xəsarətləri alan 1983-cü il təvəllüdlü Pərviz Cəbrayılov, 1999-cu il təvəllüdlü Bahadur Tağıyev, 1993-cü il təvəllüdlü Vahid Abuşov və 2014-cü il təvəllüdlü İsa Əhmədov xəstəxanaya çatdırılıb.
Hadisə zamanı xəsarət alan şəxslər rayon sakinləridir.
Faktla bağlı araşdırma aparılır.