YEVLAX, 1 avqust. TELEQRAF
Yevlax rayonunun Aran qəsəbəsində baş verən ailə faciəsinin bəzi təfərrüatları məlum olub.
Teleqraf-ın Aran bürosu xəbər verir ki, evdən meyiti tapılanlar 1977-ci il təvəllüdlü Məhəbbət Bayramov və onun 2002-ci ildə anadan olmuş qızı Səbinə Bayramovadır.
Məlumata görə, M.Bayramovun həyat yoldaşı son 4-5 gündə evdə olmayıb.
Ata evdə 23 yaşlı fiziki qüsurlu övladı ilə birgə qalıb.
Səs gəlmədiyi üçün qonşular Bayramovların evinə baş çəkib və hər iki şəxsin meyiti ilə qarşılaşıblar.
Bildirilib ki, M.Bayramov iki dəfə ailəli olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Araşdırmalar davam edir.
***
2025.07.31
22.02
Yevlaxda ailə faciəsi baş verib.
Teleqraf-ın Aran bürosunun xəbərinə görə, rayonun Aran qəsəbəsindəki evlərdən birində iki nəfərin meyiti tapılıb.
Bildirilib ki, meyiti tapılanlar Bayramov Məhəbbət Əvəz oğlu və onun qızıdır.
Məlumat görə, M.Bayramov üç gün öncə ölüb. Onun birinci qrup əlil qızı isə evdə tək və köməksiz vəziyyətdə qalaraq aclıqdan dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.