BAKI, 14 iyul. TELEQRAF
ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərində yerləşən baptist kilsəsində baş verən atışma nəticəsində 2 nəfər ölüb, hücumu törədən şəxs məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir “X” sosial şəbəsində bildirib.
“Kədər hissi ilə bildirirəm ki, Riçmond-roud küçəsindəki baptist kilsəsində baş verən atışma iki nəfərin həyatına son qoyub. Digər zərərçəkənlərə, o cümlədən Kentukki ştatının polis əməkdaşına yaxınlıqdakı xəstəxanada tibbi yardım göstərilir. Hücumu törədən şəxs öldürülüb”, - Beşir yazıb.
Daha əvvəl “Lexington Herald-Leader” qəzeti məlumat vermişdi ki, cinayətkarın əvvəlcə Kentukki ştatında yerləşən Blu Qrass hava limanı ərazisində polis əməkdaşına atəş açıb. Daha sonra o, hava limanından 27 km məsafədə yerləşən baptist kilsəsinə gedərək orada ibadət edən şəxsləri atəşə tutub.
***
00:22
Silahlı şəxs ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərində yerləşən baptist kilsəsində atəş açıb, çoxlu sayda insan yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir “X” sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, naməlum şəxsin həmçinin Riçmond-roud küçəsində polis əməkdaşları ilə atışması qeydə alınıb. Bütün yaralılar xəstəxanaya yerləşdirilib.
Qubernator əlavə edib ki, hücumun təfərrüatları araşdırılır və yaxın vaxtlarda bu barədə məlumat veriləcək.