Ağdam, 9 iyul. TELEQRAF

Ağdam-Füzuli avtomobil yolunda baş verən qəza zamanı ağır xəsarət alan 3 nəfər Bərdəyə göndərilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, mikroavtobusun sürücü 1977-ci il təvəllüdlü Əliyev Zabil Müseyib oğlu, 1987-ci il təvəllüdlü Həsənova Gülüstan Sahib qızı və 1959-cü il təvəllüdlü Mehdiyeva Gövhər Əvəz qızı Bərdə Diaqnostika Mərkəzinə aparılıblar.

Faktla bağlı araşdırma davam etdirilir.

***

11:12

AĞDAM, 9 iyul. TELEQRAF

Ağdam-Füzuli avtomobil yolunda baş verən qəza zamanı xəsarət alanların adları məlum olub.

Şirinov Ruhiyyə Zakir qızı - 1977

Mehdiyeva Gövhər Əvəz qızı - 1959

Xudiyeva Elnaz Kamil qızı - 1980

Əliyeva Əfsanə Hacı qızı - 1995

Əliyev Zabil Museyib oğlu - 1977

Əliyev Vidadi Əbduləli oğlu - 1973

Əbilova Manya Bəndalı qızı - 1983

Həsənova Gülüstan Sahib qızı - 1987

Bayramova Xatirə İbrahim qızı - 1968

Salahova İlhamə Muxtar qızı - 1971

Mehdiyeva Aytəkin Binnət qızı - 1962

Mehdiyeva Məryəm Binnət qızı - 1959

Məmmədova Bəsti Abbas qızı - 1967

Bəylərova Gülüzə Xatay qızı - 1967

Bəykərova Roza Xasay - 1965

Qurbanov Marış Məhəmməd qızı - 1951

Sadıqova İlhamə Əyyub qızı - 1971

Hümbətov Səadət Rza qızı - 1975

Aslanova Kəmalə Knyaz qızı - 1962

Aslanov Bayram Cəbrayıl oğlu - 1996

Şahverdiyev Şövkət Ələstan qızı - 1971

Hüseynova Günay Kərım qızı - 1982

***

10:57

BAKI, 9 iyul. TELEQRAF

Bu gün saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar.

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdiriliblər. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

***

09:09

QARABAĞ, 9 iyul. TELEQRAF

Ağdam Füzuli avtomobil yolunda baş verən qəzaya Ağdam təcili tibbi yardımın 7 briqadası cəlb edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, yaralıların Ağdam Mərkəzi Rayon Xəstəxanasına və Bərdə Diaqnostika Mərkəzinə çatdırılması üçün hazırda həkim briqadaları yoldadı.

***

08:58

İyulun 9-da saat 08:00 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, "Ford" markalı sərnişin avtobusu aşıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.