BAKI, 28 iyun. TELEQRAF

Goranboyda sahədə tapılan kişi meyitinin şəxsiyyəti müəyyən olunub.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, bu, 1966-cı il təvəllüdü Sarov kənd sakini Səməd Tanrıverdiyevdir. O, özünə məxsus əkin sahəsində yonca suvararkən, ürək tutmasından ölüb.

***

20:03

Goranboyda sahədə kişi meyiti aşkarlanıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Dəlimməmədli şəhəri istiqamətində Sarov kəndi yaxınlığındakı sahədə qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Meyiti aşkarlanan şəxslə bağlı məlumatlar dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.