
BAKI, 10 iyun. TELEQRAF
Braziliyanın Kuyaba şəhərində stomatoloq stomatoloji prosedur zamanı ehtiyatsızlıqdan 73 yaşlı Antonio Lopeş de Sikeyranın ölümünə səbəb olmaqda ittiham olunub.
Teleqraf xəbər verir ki, bu barədə yerli “Ultimo Segundo” nəşri məlumat yayıb.
Yaşlı kişinin ölümündən 25 gün əvvəl lotoreyada 201 milyon real (təxminən 36 milyon dollar) qazandığı bildirilir.
Mülki polisin məlumatına görə, stomatoloq texniki standartlara əməl etməyib, əməliyyat zamanı ürək və tənəffüs dayanması keçirən xəstəyə adekvat yardım göstərməyib.